24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Prezident İlham Əliyev: İran XİN müavini Azərbaycandan xahiş edir ki, İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək etsin

Tarix: 05-03-2026 / 17:35
yazıyı büyüt yazıyı küçült
Prezident İlham Əliyev: İran XİN müavini Azərbaycandan xahiş edir ki, İranın Livandakı səfirliyinin əməkdaşlarının təxliyəsinə kömək etsinBu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin.

24İNFO xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Dövlət başçısı bildirib ki, çünki onların imkanı yoxdur: "Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930