24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

MƏDƏNİYYƏTİMİZİN VƏ MƏNƏVİYYATIMIZIN DAYAĞI – QADINLAR

Tarix: 05-03-2026 / 12:56
yazıyı büyüt yazıyı küçült
MƏDƏNİYYƏTİMİZİN VƏ MƏNƏVİYYATIMIZIN DAYAĞI – QADINLARAzərbaycan qadınları tarix boyu xalqımızın mənəvi gücünün, mədəniyyətinin və ailə dəyərlərinin qoruyucusu olmuşlar. Onlar yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin formalaşmasında mühüm rol oynamış, öz zəhməti, sədaqəti və fədakarlığı ilə xalqımızın tarixində silinməz iz qoymuşlar. Azərbaycan qadınının mərhəməti, müdrikliyi və iradəsi hər zaman gələcək nəsillərin sağlam ruhda böyüməsinə xidmət etmişdir. Məhz onların tərbiyə edib böyütdüyü igid oğullar bu gün ölkəmizin qürur mənbəyinə çevrilmişdir.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən uğrunda silaha sarılan qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda böyük şücaət göstərdilər. Onların qəhrəmanlığı nəticəsində illərlə həsrətində olduğumuz doğma torpaqlarımız işğaldan azad edildi. Bu gün həmin igidlərdən bəziləri şəhidlik zirvəsinə ucalaraq əbədiyaşarlıq qazandı, bəziləri isə qazi kimi xalqımızın qüruruna çevrildi. Onların hər biri özləri ilə yanaşı valideynlərini, xüsusilə analarını müqəddəs bir mərtəbəyə yüksəltdi. Azərbaycan qadını şəhid anası olmaqla ən ali mənəvi zirvələrdən biri sayılan “Qəhrəman Ana” ucalığına yüksəldi.

Azərbaycan qadınları bütün dövrlərdə öz bilik və bacarıqları ilə ölkəmizin ictimai, elmi və mədəni həyatında fəal iştirak etmiş, cəmiyyətimizin inkişafına böyük töhfələr vermişlər. Akademik Zərifə Əliyeva tibb elminin inkişafına verdiyi mühüm töhfələr və insanlara göstərdiyi yüksək qayğı ilə yadda qalmışdır. Görkəmli şərqşünas alim, professor Aida İmanquliyeva isə şərqşünaslıq sahəsində apardığı elmi araşdırmalarla Azərbaycan elmini beynəlxalq aləmdə tanıtmışdır. Bu görkəmli qadınların fəaliyyəti Azərbaycan qadınının zəngin intellektual potensialını bütün dünyaya nümayiş etdirmişdir.

Milli mədəniyyətimizin inkişafında da Azərbaycan qadınlarının xüsusi xidmətləri vardır. Şərqdə ilk opera yazan qadın bəstəkar kimi tarixə düşən Şəfiqə Axundova öz yaradıcılığı ilə milli musiqi sənətimizin inkişafına böyük töhfə vermiş və Azərbaycan qadınının istedadını dünya miqyasında tanıtmışdır. Onun yaradıcılığı Azərbaycan musiqi mədəniyyətinin zənginliyini və qadınların bu sahədəki rolunu bir daha nümayiş etdirir.

MƏDƏNİYYƏTİMİZİN VƏ MƏNƏVİYYATIMIZIN DAYAĞI – QADINLARÖlkəmizdə qadın siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Onun rəhbərliyi dövründə qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmış, qadın hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu siyasət bu gün də Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan qadınları dövlət idarəçiliyindən tutmuş elmə, təhsilə, səhiyyəyə və mədəniyyətə qədər bir çox sahələrdə mühüm uğurlar əldə edirlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən həyata keçirilən genişmiqyaslı layihələr isə ölkəmizin sosial və mədəni həyatında mühüm rol oynayır. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr, mədəni irsin qorunması və aztəminatlı ailələrə göstərilən diqqət və qayğı cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır. Xüsusilə şəhid və qazi ailələrinə göstərilən diqqət Azərbaycan qadınının mərhəmət və xeyirxahlıq simvolu olduğunu bir daha təsdiqləyir.

MƏDƏNİYYƏTİMİZİN VƏ MƏNƏVİYYATIMIZIN DAYAĞI – QADINLARBu gün Azərbaycan qadını həm ailənin dayağı, həm də cəmiyyətin fəal üzvü kimi ölkəmizin inkişafına töhfə verir. Onların zəhməti, fədakarlığı və vətənpərvərliyi gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Azərbaycan qadını öz müdrikliyi, sədaqəti və yüksək mənəvi keyfiyyətləri ilə hər zaman xalqımızın qürur mənbəyi olmuş və olacaqdır.

Qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə başda şəhid anaları və xanımları olmaqla bütün Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və firavan həyat arzulayıram.

Bayramınız mübarək olsun, əziz qadınlar!

MƏDƏNİYYƏTİMİZİN VƏ MƏNƏVİYYATIMIZIN DAYAĞI – QADINLARYAP Masallı Rayon Təşkilatının sədr müavini
Səfalı Paşayev






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930