24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Rəşad Nəbiyev britaniyalı nazirlə görüşdü

Tarix: 05-03-2026 / 10:53
yazıyı büyüt yazıyı küçült
Rəşad Nəbiyev britaniyalı nazirlə görüşdüRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın ticarət naziri Ser Kris Brayant ilə görüş keçirib.

24İNFO xəbər verir ki, görüşdə Azərbaycan və Böyük Britaniya arasında mövcud strateji tərəfdaşlığın daha da gücləndirilməsi, süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Böyük Britaniya investorları Azərbaycanda süni intellekt üzrə data mərkəzlərinin yaradılmasında iştiraka dəvət olunub. Eyni zamanda metro, dəmir yolu, dəniz və hava nəqliyyatı, eləcə də telekommunikasiya sahələrində həyata keçirilən iri infrastruktur layihələri üzrə Böyük Britaniyanın investisiya, mühəndislik və maliyyə dəstəyi imkanları ətrafında fikir mübadiləsi aparılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930