24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi

Tarix: 05-03-2026 / 10:49
yazıyı büyüt yazıyı küçült
Avtoxuliqanlığını “TikTok”da paylaşan sürücü həbs edildi“Tofaş”la avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

24İNFO xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsindən bildirilib. BŞDYPİ-nin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “Tofaş” markalı, 77-SG-661 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.

F.İsmayılov idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 30 sutka inzibati qaydada həbs edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930