24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

AZƏRBAYCANIN QAZ TƏCHİZATI COĞRAFİYASI GENİŞLƏNİR

Tarix: 04-03-2026 / 17:21
yazıyı büyüt yazıyı küçült
AZƏRBAYCANIN QAZ TƏCHİZATI COĞRAFİYASI GENİŞLƏNİRAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxış etmişdir. Sözügedən toplantılar Azərbaycanın enerji strategiyasının beynəlxalq miqyasda artan rolunu bir daha nümayiş etdirmişdir.

Dövlət başçısı çıxışında vurğulamışdır ki, son illərdə dünyada baş verən mürəkkəb geosiyasi proseslər, enerji bazarlarında müşahidə olunan dalğalanmalar və təhlükəsizlik riskləri enerji təhlükəsizliyinin hər bir dövlət üçün prioritet məsələyə çevrildiyini göstərir. Bu baxımdan ölkələr arasında açıq dialoq, qarşılıqlı etimad və birgə qərarların qəbulu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə təşəbbüskar və etibarlı tərəfdaş kimi bu prosesdə fəal rol oynayır.

Prezident İlham Əliyev qeyd etmişdir ki, son 12 ildə region və dünya müxtəlif sınaqlarla üzləşsə də, Azərbaycan öz öhdəliklərinə daim sadiq qalmış, tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə vermişdir. Reallaşdırılan nəhəng enerji layihələri, xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində görülən işlər ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Bu layihələr təkcə iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da böyük önəm daşıyır.

AZƏRBAYCANIN QAZ TƏCHİZATI COĞRAFİYASI GENİŞLƏNİRDövlət başçısı bildirmişdir ki, Azərbaycanın qaz təchizatı coğrafiyası son illərdə əhəmiyyətli dərəcədə genişlənmişdir. Əgər əvvəlki dövrdə 12 ölkəyə qaz ixrac edilirdisə, hazırda bu göstərici 16 ölkəyə çatmışdır. Bu artım Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirir və Avropanın enerji xəritəsində ölkəmizin rolunu gücləndirir.

Eyni zamanda, iclas çərçivəsində yaşıl enerji gündəliyi də geniş müzakirə olunmuşdur. Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına xüsusi önəm verir və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Günəş və külək enerjisi layihələri, Xəzər dənizinin potensialından istifadə perspektivləri ölkəmizin enerji siyasətində yeni mərhələnin başlanğıcını qoyur.

AZƏRBAYCANIN QAZ TƏCHİZATI COĞRAFİYASI GENİŞLƏNİRMöhtərəm Prezidentin proqram xarakterli çıxışı, faktlara əsaslanan müqayisəli təhlilləri və gələcəyə yönəlik strateji baxışı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Yerlərdə vətəndaşlar Azərbaycanın əldə etdiyi uğurları yüksək qiymətləndirir, ölkəmizin beynəlxalq nüfuzunun artmasını qürur hissi ilə qeyd edirlər.

Azərbaycanın enerji siyasəti bir daha sübut edir ki, düşünülmüş və uzaqgörən strategiya nəticəsində ölkəmiz regional və qlobal miqyasda mühüm tərəfdaşa çevrilmişdir. Qaz təchizatı coğrafiyasının genişlənməsi isə bu uğurlu siyasətin məntiqi nəticəsidir.

AZƏRBAYCANIN QAZ TƏCHİZATI COĞRAFİYASI GENİŞLƏNİRYAP Masallı Rayon Təşkilatının sədr müavini
Səfalı Paşayev






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930