24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyası

Tarix: 27-02-2026 / 11:08
yazıyı büyüt yazıyı küçült
Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyasıXocalı şəhərində Soyqırımı Memorial Kompleksinin istifadəyə verilməsi Azərbaycanın müasir tarixində dərin mənəvi və siyasi məna daşıyan hadisədir. Bu mərasim təkcə faciə qurbanlarının xatirəsinin anılması deyil, həm də ədalətin bərpasının rəmzi kimi qiymətləndirilir. Xocalının özündə ucaldılan bu abidə uzun illərin ağrısına, mübarizəsinə və nəhayət, zəfərlə nəticələnən haqq savaşına verilən tarixi cavabdır.

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərindən biri kimi xalqımızın yaddaşına həkk olunub. Günahsız insanların qətlə yetirilməsi təkcə bir millətə deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş vəhşilik idi. Bu faciənin siyasi və hüquqi qiymətinin verilməsi, beynəlxalq aləmdə tanıdılması illər boyu dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri olub.

Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyasıBu istiqamətdə həyata keçirilən sistemli fəaliyyət xüsusi qeyd olunmalıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası informasiya mübarizəsində mühüm rol oynayıb, müxtəlif ölkələrdə keçirilən tədbirlər və nəşrlər vasitəsilə həqiqətlərin dünyaya çatdırılmasına töhfə verib. Nəticə etibarilə bir sıra dövlətlərin Xocalı soyqırımını tanıması ədalət yolunda atılmış əhəmiyyətli addımlar kimi tarixə düşüb.

Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyasıLakin tarixi ədalət yalnız söz və bəyanatlarla məhdudlaşmadı. 2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycan xalqının iradəsini və dövlətin gücünü bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində ərazi bütövlüyümüzün böyük hissəsi bərpa olundu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkənin suverenliyini tam təmin etdi. Bununla da separatçılığa son qoyuldu və hüquqi məsuliyyət məsələsi gündəmə gətirildi.
Memorial Kompleksin məhz Xocalı şəhərində inşa olunması rəmzi məna daşıyır. Vaxtilə işğal altında olan bu torpaqda indi Azərbaycan bayrağı dalğalanır və şəhidlərin xatirəsinə ucaldılmış abidə gələcək nəsillərə tarix dərsi verir. Bu, həm milli yaddaşın qorunması, həm də dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından mühüm hadisədir.

Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyasıMüasir Azərbaycan artıq 1990-cı illərin çətinliklərini yaşayan ölkə deyil. Güclü iqtisadiyyat, müasir ordu və müstəqil siyasət kursu ölkəmizi regionun əsas güc mərkəzlərindən birinə çevirib. Əldə edilən Qələbə və sonrakı proseslər göstərdi ki, strateji səbr, ardıcıl siyasət və milli birlik istənilən hədəfə çatmağın əsas şərtləridir.

Xocalıda ucalan Memorial Kompleks yalnız keçmişin ağrısını xatırlatmır, həm də gələcəyə inamı möhkəmləndirir. Bu abidə xalqımızın əyilməz ruhunun, ədalətə sadiqliyinin və dövlətimizin qətiyyətinin simvoludur. Xocalı unudulmur və unutdurulmayacaq — çünki tarixi yaddaş güclü dövlətin mənəvi dayağıdır.

Beynəlxalq səviyyədə tanınma və "Xocalıya Ədalət!" kampaniyasıSəfalı Paşayev
YAP Masallı Rayon Təşkilatının sədr müavini






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930