24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ukraynadakı müharibədə itkin düşən meyxanaçı Azərbaycanda axtarışda idi

Tarix: 27-02-2026 / 10:46
yazıyı büyüt yazıyı küçült
Ukraynadakı müharibədə itkin düşən meyxanaçı Azərbaycanda axtarışda idiAzərbaycanın tanınmış meyxanaçılarından olan Vahid Qədimin Rusiya-Ukrayna müharibəsində itkin düşdüyü barədə iddia yayılıb.

Sosial şəbəkədəki iddiada bildirilir ki, Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Məlumatı hərbi bloger Tofiq Şahmuradov ictimailəşdirib.

O bildirib ki, Rusiyada yaşayan dostunun məlumatına görə, Vahid Qədim sonuncu dəfə 20 gün öncə əlaqə saxlayıb, Luqansk istiqamətinə getdiklərini bildirib və ondan sonra onunla əlaqə kəsilib.

24INFO-nun məlumatına görə, Vahid Qədim hələ 2015-ci ildə Azərbaycanda axtarışa verilmişdi. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin o vaxtkı məlumatında bildirilirdi ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.

Meyxana aləmində Vahid Qədim kimi tanınan V.Səfərov axtarışa verilməzdən öncə Azərbaycanı tərk edərək Rusiyaya qaçmışdı.

O vaxtdan indiyədək Vahid Qədimdən səs-soraq yox idi...






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930