24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Xaricdəki bloqerlərlə bağlı xüsusi komissiya yaradıla bilər

Tarix: 27-02-2026 / 10:29
yazıyı büyüt yazıyı küçült
Xaricdəki bloqerlərlə bağlı xüsusi komissiya yaradıla bilərUniversitetlərdə tələbələrin ballarını bilərək kəsilməsi iddia edilir.

24İNFO xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Naqif Həmzəyev deyib. Deputat qeyd edib ki, bu haqda rəsmi məlumat olmasa da tələbələr ali təhsil mərkəzlərində onların əlaçı olmaması üçün müəllimlərin bilərəkdən ballarının kəsdiyini bildirib və məsələnin Ombudman tərəfindən baxılmasını təklif edib.

“Universitet tələbələri imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiklərini söyləyirlər. Bu halı yoxlamaq tərəfimdən mümkün olmadı. Amma, şikayət varsa demək problem olma ehtimalı var. Tələbələrin bu hüququnun qorunması üçün addımlar atılmasını xahiş edirəm”.

N. Həmzəyev həmçinin xaricdə olan bloqerlərlə bağlı Ombudsman daxilində komissiyanın yaradılmasını təklif edib. “Xaricdə olan bloqerlər Prezident, onun ailəsi, dövlət qulluqçuları, ümumilikdə dövlətə qarşı hücumlar edirlər. Biz qanunvericilikdə dəyişiklik etsək də etiraf edək ki bu effekt vermir. Bu məsələ ilə bağlı xüsusi komissiya yaradıla bilər və Ombudsman təsisatı buna rəhbərlik edə bilər. Sonra bizi günahlandırmasınlar ki, insanların hüquqlarını müdafiə edə bilmirik” – deyə o qeyd edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Aprel 2026    »
BeÇaÇşCaCmŞbBz
 12345
6789101112
13141516171819
20212223242526
27282930