24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycanda texnoloji inkişaf və yeni imkanlar

Tarix: 13-02-2026 / 09:52
yazıyı büyüt yazıyı küçült
Azərbaycanda texnoloji inkişaf və yeni imkanlarDünya artıq dördüncü sənaye inqilabının tam mərkəzindədir. Bu gün ölkələrin qüdrəti təkcə ordularının sayı və ya yeraltı sərvətləri ilə deyil, həm də bulud texnologiyaları, data mərkəzləri və süni intellekt alqoritmləri ilə ölçülür. Ölkə başçısının rəqəmsal inkişaf və süni intellektin tətbiqi ilə bağlı keçirdiyi son müşavirə Azərbaycanın bu qlobal yarışda sadəcə iştirakçı deyil, həm də strateji oyunçu olmaq əzmini nümayiş etdirdi.

Müasir dünyada texnologiya artıq sadəcə inkişaf vasitəsi deyil-dövlətlərin iqtisadi gücünü, təhlükəsizliyini və sosial rifahını müəyyən edən əsas amillərdən birinə çevrilib. Süni intellektin tətbiqi, böyük həcmli məlumatların idarə olunması və data mərkəzlərinin yaradılması bu transformasiyanın əsas sütunları hesab olunur.
Azərbaycan uzun müddət əsasən enerji sektoruna söykənən iqtisadiyyatla inkişaf edib. Ancaq bu gün dünyada vəziyyət dəyişib və rəqəmsal iqtisadiyyat getdikcə daha önəmli rol oynayır. Elektron hökumət xidmətlərinin artması, onlayn ödənişlərin və rəqəmsal sənədlərin tətbiqi insanların işini xeyli asanlaşdırır. Artıq bir çox dövlət xidmətinə evdən çıxmadan, daha tez və rahat şəkildə müraciət etmək mümkündür. Bu da bürokratik əngəlləri azaldır və dövlət idarəçiliyində şəffaflığı gücləndirir. Vətəndaş olaraq bu dəyişiklikləri gündəlik həyatımızda açıq şəkildə hiss edirik.

Süni intellekt texnologiyaları Azərbaycanda təhsil, səhiyyə, kənd təsərrüfatı və biznes sahələrində ciddi potensiala malikdir. Məsələn, ağıllı şəhər layihələri nəqliyyatın idarə olunmasını optimallaşdıra, kənd təsərrüfatında isə məhsuldarlığı artıran proqnozlaşdırma sistemləri tətbiq edilə bilər. Bu texnologiyalar yalnız dövlət üçün deyil, kiçik sahibkarlar və startaplar üçün də yeni qapılar açır.

Data mərkəzlərinin yaradılması artıq milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Məlumatların ölkə daxilində saxlanılması həm kibertəhlükəsizliyi gücləndirir, həm də texnoloji müstəqilliyi artırır. Azərbaycanın coğrafi mövqeyi-Avropa ilə Asiya arasında körpü rolunu oynaması-regionda böyük data mərkəzlərinin qurulması üçün əlverişli şərait yaradır. Bu isə yeni iş yerləri və texnoloji investisiyalar deməkdir.


Pərvin Qulamov
Aztelekom MMC-nin Cənub Regional Filialının Masallı şöbəsinin müdiri






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031