24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın simvolu

Tarix: 11-02-2026 / 17:45
yazıyı büyüt yazıyı küçült
Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın simvolu"Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey Di Venslə görüşü və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu səfər və Xartiyanın imzalanması yalnız diplomatik mərasim deyil, həm də altı ay ərzində hər iki ölkə tərəfindən görülmüş geniş işin nəticəsi kimi nəzərdən keçirilir".

24İNFO xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Prezident Əliyev xüsusilə Tramp-Vens administrasiyasının regiona verdiyi töhfələri yüksək qiymətləndirib, eyni zamanda ABŞ ilə strateji tərəfdaşlığın Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"Xartiya, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanaraq, ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini, o cümlədən təhlükəsizlik, enerji, iqtisadiyyat, tranzit və texnologiyanı əhatə edir. Strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan ABŞ ilə həm dövlət, həm də özəl sektor vasitəsilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və Trans-Xəzər layihələri kimi TRIPP marşrutu vasitəsilə regional bağlantıları gücləndirmək üçün önəmlidir".

Politoloq qeyd edib ki, TRIPP layihəsi Azərbaycan, Ermənistan və qonşu ölkələrin ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək multimodal daşımalar dəhlizi kimi regionda sülh və əməkdaşlıq üçün strateji əhəmiyyət kəsb edir:

"Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan artıq tranzit imkanlarını artıraraq Ermənistana neft məhsullarının tədarükünə başlayıb. Bu, regionda iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün önəmli addımdır.

Xartiya həmçinin süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlığı əhatə edir. ABŞ-ın texnoloji şirkətləri ilə birgə layihələr, AI mərkəzlərinin yaradılması və texnologiyaların kommersiyalaşdırılması Azərbaycan üçün innovasiya və iqtisadi artım imkanlarını genişləndirir. Enerji sektorunda da Azərbaycan NATO və ABŞ müttəfiqi olan ölkələrin enerji təhlükəsizliyini təmin edən etibarlı tərəfdaş olaraq qeyd olunur".

Yusif Bağırzadənin sözlərinə görə, təhlükəsizlik sahəsində əməkdaşlıq isə Cənubi Qafqazda sülhün təminatı və regional stabilliyə töhfə verir. Azərbaycan və ABŞ müdafiə məhsulları, antiterror əməliyyatları, kibertəhlükəsizlik və mina təmizləmə sahələrində birgə fəaliyyət göstərəcək. İşçi qruplarının yaradılması Xartiyanın icrasını daha sistemli və məqsədyönlü edəcək:

"Yekun olaraq, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın regional və qlobal səviyyədə mövqeyini gücləndirir, enerji və nəqliyyat infrastrukturunu genişləndirir, həmçinin iqtisadi, texnoloji və təhlükəsizlik sahələrində davamlı əməkdaşlıq üçün zəmin yaradır deyə bilərik. Bu, həm də Azərbaycan-ABŞ münasibətlərində uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın simvoludur".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031