24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib

Tarix: 11-02-2026 / 17:37
yazıyı büyüt yazıyı küçült
265 Qarabağ qazisi sağalıb - əlillikləri ləğv edilib44 günlük Vətən müharibəsindən sonrakı dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2439 şəxs 91.8 min reabilitasiya vasitəsi ilə təmin edilib. 265 nəfər Vətən müharibəsi iştirakçısı əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar”.

Bu barədə 24INFO-ya açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov məlumat verib.

O bildirib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə, 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi və 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir.

Bunlardan 7-si Bakı və Sumqayıt şəhərlərində, digərləri müvafiq olaraq Şəki, Şirvan, Xaçmaz, Yevlax, Lənkəran, Naftalan, Qəbələ, Şəmkir və Bərdə şəhərlərində yerləşir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031