24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Azərbaycan Nəşriyyatı" BAĞLANIR

Tarix: 16-01-2026 / 12:46
yazıyı büyüt yazıyı küçült
"Azərbaycan Nəşriyyatı" BAĞLANIR"Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

24İNFO xəbər verir ki, MMC-dən "Report"a bildirilib ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.

Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.

Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.

Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:

"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".

Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Fevral 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
232425262728