24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Milli Məclisin deputatı Nigar Məmmədova Tələbə Psixoloqların V Respublika Konfransında iştirak edib

Tarix: 16-01-2026 / 10:31
yazıyı büyüt yazıyı küçült
Milli Məclisin deputatı Nigar Məmmədova Tələbə Psixoloqların V Respublika Konfransında iştirak edibPsixologiya Elmi Tədqiqat İnstitutunda Müasir Azərbaycan Psixoloqları Cəmiyyətinin birgə təşkilatçılığı ilə Tələbə Psixoloqların V Respublika Konfransı keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

Milli Məclisin deputatı Nigar Məmmədova çıxış edərək elmi məruzələrlə konfransa dəyər qatan mütəxəssislərə və tədbirə göstərilən fəal iştiraka görə təşəkkürünü bildirib. O, bu cür elmi platformaların xüsusilə tələbələrin gələcək peşə fəaliyyətində mühüm rol oynadığını, onların dünyagörüşünün formalaşmasına və peşəkar bacarıqlarının inkişafına töhfə verdiyini vurğulayıb. Deputat, həmçinin dəvətə görə Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbərliyinə, xüsusilə Elnur Rüstəmova təşəkkür edib.

Konfransın bağlanışında tədbirin həm elmi-nəzəri, həm də təşkilati baxımdan yüksək səviyyədə keçirildiyi qeyd olunub və bu ənənənin gələcək illərdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir iştirakçıların xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Milli Məclisin deputatı Nigar Məmmədova Tələbə Psixoloqların V Respublika Konfransında iştirak edib
Milli Məclisin deputatı Nigar Məmmədova Tələbə Psixoloqların V Respublika Konfransında iştirak edib






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Fevral 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
232425262728