24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Ceyhun Bayramov Aİ rəsmisi ilə sülh prosesini müzakirə etdi

Tarix: 15-01-2026 / 17:10
yazıyı büyüt yazıyı küçült
Ceyhun Bayramov Aİ rəsmisi ilə sülh prosesini müzakirə etdi15 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

XİN-dən 24İNFO-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və s. istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Fevral 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
232425262728