24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli barədə qərar verdi

Tarix: 15-01-2026 / 15:38
yazıyı büyüt yazıyı küçült
Türkiyə məhkəməsi Gültəkin Hacıbəyli barədə qərar verdi“Artıq iki aya yaxındir ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İdarə Məhkəməsi barəmdəki deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib”.

24İNFO xəbər verir ki, bunu sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli sosial şəbəkədə yazıb.

G.Hacıbəylinin sözlərinə görə, bu gün Ankara İdarə Məhkəməsi onun üzərinə qoyulmuş G-82 kodunun götürülməsi ilə bağlı müraciəti əsasında İstanbul Valiliyinə sorğu göndərib.

“G-82 kodu mənim guya hansısa terror təşkilatına üzv olmağım şübhəsinə görə verilib”, - G.Hacıbəyli əlavə edib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Fevral 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
232425262728