24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Dəmir yolları gücləndirilmiş iş rejimində çalışır

Tarix: 14-01-2026 / 12:09
yazıyı büyüt yazıyı küçült
Dəmir yolları gücləndirilmiş iş rejimində çalışır"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

ADY-dən 24İNFO-ya verilən məlumata görə, Qatarların sürət həddi hava şəraitinə uyğun olaraq tənzimlənir. Bu səbəbdən qrafikdən qismən kənara çıxma halları müşahidə oluna bilər.

"Sərnişinlərdən platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmiryol xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Mart 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031