24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın növbəti iqtisadı uğurudur

Tarix: 12-01-2026 / 09:27
yazıyı büyüt yazıyı küçült
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın növbəti iqtisadı uğurudurCarı ilin Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təntənəli tədbirdə iştirak edirdi. Bu, çox önəmli hadisədir.
2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur.
2022-ci ilin yanvar ayının 13-də stansiyanın təməlini qoymuşdur. Keçən 4 il ərzində fəal iş aparılmışdır. “ACWA Power” tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdı, mənə elə gəlir sonuncu deyil. Verilən məlumata görə Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. “ACWA Power” şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdəndir. Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. Həm də ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də. “ACWA Power” şirkət investor kimi icra edəcəkdir.
İlkin hesablamalara görə, stansiya tərəfindən illik 1 milyard kVt·st elektrik enerjisi istehsal olunacağı nəzərdə tutularaq ildə 220 milyon kub metr təbii qaza qənaət etməsi, 400 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alınması və 300 min evi elektrik enerjisi ilə təmin etiıməsi demək idi..
Bərpaolunan enerji sahəsində aparıcı layihə Səudiyyə Ərəbistan Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü nümayiş etdirir. Hər iki tərəf, bu tərəfdaşlığı xüsusən energetika sahəsində uzunmüddətli strateji münasibətlər kimi görür.
Bu əlamətdar hadisə nəticəsində regional enerji təhlükəsizliyini artıra biləcək, təmiz enerjinin daha geniş bazarlara ixracını mümkün edəcək regional interkonnektor təşəbbüsləri, həmçinin yaşıl dəhliz üzrə əməkdaşlıq üçün geniş imkanlar görünür.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyası layihəsi aydın mesaj verir ki, Səudiyyə Ərəbistanı və Azərbaycan nəinki bugünkü enerji layihələrinin icrasında, o cümlədən dayanıqlı enerji sistemlərinin gələcəyində tərəfdaşdırlar. Burada qarşılıqlı etimad, güclü təsisatlar, həmçinin iqtisadi inkişaf, enerji təhlükəsizliyi və ətraf mühit üzrə məsuliyyət sahələrində ümumi öhdəliklər nəzərdə tutulur.
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın növbəti iqtisadı uğurudurTədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: - “Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır.
Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani çıxış edərək qeyd etdi: - “Səudiyyə Ərəbistanı Krallığının Hökuməti adından mən Azərbaycan Respublikasının Hökumətinə, tərəfdaşlarımıza, həmçinin bu layihənin uğurlu olmasına töhfə vermiş bütün şəxslərə dərin təşəkkürümüzü çatdırıram. Biz gələn illərdə bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirməyi və tərəfdaşlığımızı inkişaf etdirməyi səmimiyyətlə arzulayırıq. Sağ olun.”
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisində baş podratçı kimi iştirak edən “Power China” şirkətinin fəaliyyəti də danılmazdır. Çinin “Power China” şirkət bu layihədə podratçı kimi iştirak edib, gələcək layihələrdə investor kimi iştirak edəcəyi gözlənilir.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey də Azərbaycanın uğurlu sevincinə qoşulmuşdur. Tədbirdə xanım səfir çıxış edərək demişdir: - “240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılışında iştirak etməkdən olduqca məmnunam. Bu, böyük nailiyyətdir və bərpaolunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. Mən belə bir mühüm layihənin həyata keçirilməsinə görə Azərbaycandakı Çin səfirliyi adından sizə təbriklərimi çatdırıram. Belə bir mühüm layihənin həyata keçirilməsinə dəstək vermiş bütün dostlara, yorulmadan çalışan və uğurlar qazanan bütün tərəflərə səmimi təşəkkürümü bildirirəm. Burada Çinin "Power China", Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətlərinə minnətdaram ki, onlar bu inanılmaz uğurun qazanılmasında yorulmaz fəaliyyət göstərmişlər. Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağıkarbonlu inkişaf, enerjinin inkişafı sahəsində Anlaşma Memorandumu imzalamışlar. Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq qalır. Bu, həmçinin aparıcı qlobal yaşıl enerjinin inkişafında Azərbaycanın çox mühüm rolunu göstərir.”
Azərbaycan böyük ölkə kimi bundan sonra da bir tərəfdən neft və qaz ixracatçısı, digər tərəfdən yaşıl enerji ixracatçısı olacaqdır.
Azərbaycanı gözəl vəziyyətdə saxlayan məhz Azərbaycan Respublikasının prezidenri cənab İlham Əliyev rəhbərliyi nəinki Cənubu Qafqaz regionu üçün, hətta bütün dünya üçün ən yaxşı nümunədir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın növbəti iqtisadı uğurudurƏFRAİL FƏRZİYEV
YAP VETERANI
AJB-nin ÜZVÜ






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Fevral 2026    »
BeÇaÇşCaCmŞbBz
 1
2345678
9101112131415
16171819202122
232425262728