24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıb

Tarix: 16-12-2025 / 12:18
yazıyı büyüt yazıyı küçült
Azərbaycana gətirilən elektromobillərin sayı açıqlanıbBu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 1 861 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

24İNFO bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 55,3 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1010 ədəd və ya 35,2%, dəyər ifadəsi ilə isə 59,5 milyon ABŞ dolları və ya 51,8% azdır.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,999 milyard ABŞ dolları dəyərində 104 404 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 21 478 ədəd və ya 25,9%, dəyər ifadəsi ilə 325,6 milyon ABŞ dolları, yaxud da 19,5% artıb.

Dövr ərzində ölkəyə 90,6 milyon ABŞ dolları dəyərində 808 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,786 milyard ABŞ dolları dəyərində 96 057 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2026    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031