24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir - Anar Əliyev

Tarix: 16-12-2025 / 12:17
yazıyı büyüt yazıyı küçült
Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir - Anar ƏliyevƏmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.

24İNFO xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayında çıxışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq əmək öhdəliklərinə sadiqliyini davam etdirir:

"Azərbaycan Respublikası əmək münasibətləri sahəsində beynəlxalq öhdəliklərə sadiqliyini ardıcıl şəkildə nümayiş etdirir. Ölkə bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 59 konvensiyasını və bir protokolunu ratifikasiya edib. Əmək münasibətləri sahəsində yeni çağırışlara hazırlığı təmin etmək məqsədilə cari ilin noyabr ayında BƏT ilə 2025–2029-cu illəri əhatə edən Layiqli Əmək üzrə Ölkə Proqramı imzalanıb.

Bu proqram əmək normalarının tətbiqinin genişləndirilməsi, əmək münasibətlərinin inkişafı, sosial tərəfdaşlığın möhkəmləndirilməsi və dayanıqlı əmək bazarının formalaşdırılması məqsədlərinə xidmət edəcək".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2026    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031