24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

GDU-da akademik Həsən Əliyevin xatirəsinə həsr olunan dəyirmi masa keçirilib

Tarix: 16-12-2025 / 11:26
yazıyı büyüt yazıyı küçült
GDU-da akademik Həsən Əliyevin xatirəsinə həsr olunan dəyirmi masa keçirilibGəncə Dövlət Universitetində (GDU) Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əliyevin əziz xatirəsinə həsr olunan dəyirmi masa keçirilib.

24İNFO xəbər verir ki, tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək görkəmli alimin xalqa, vətənə göstərdiyi misilsiz xidmətlərdən bəhs edib, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, həyat və fəaliyyətinin bir hissəsi Gəncə şəhəri ilə bağlı olan akademik Həsən Əliyev ömrünü Azərbaycan elminin inkişafına, əsasən təbiətin, ətraf mühitin qorunmasına həsr edib. Alim bütün zəngin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib.

Botanika kafedrasının müdiri Vaqif Novruzov akademik Həsən Əliyevin elmi fəaliyyəti barədə ətraflı danışıb. Diqqətə çatdırıb ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq kimi həm Azərbaycanda, həm də dünya miqyasında tanınıb.

Tədbirdə Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova “Həsən Əliyev Azərbaycan ekologiya elminin banisidir”, Coğrafiya kafedrasının əməkdaşları Nəsibə Hacıyeva “Akademik Həsən Əliyevin coğrafiya elminin inkişafında rolu” və Arifə Əhmədli “Azərbaycan təbiətinin qorunmasında akademik Həsən Əliyevin xidmətləri” mövzularında çıxış ediblər. Məruzəçilər görkəmli alimin coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Qeyd edilib ki, Həsən Əliyev elmi fəaliyyətində müasir dövrdə ən mühüm qlobal məsələ olan təbiətin bütövlüyünün qorunmasına və bioloji müxtəlifliyin mühafizə olunmasına xüsusi önəm verib.

Daha sonra akademik Həsən Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2026    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031