24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Şəhid Məhəmməd Məmmədov

Tarix: 15-12-2025 / 16:36
yazıyı büyüt yazıyı küçült
Şəhid Məhəmməd MəmmədovBu gün Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin qəhrəman giziri, Vətən uğrunda canından keçən şəhidimiz Məhəmməd Bilal oğlu Məmmədovun doğum günüdür. Onun şücaətli ömür yolu və Vətənə sədaqəti xalqımız tərəfindən dərin hörmət və qürur hissi ilə yad edilir.

Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. O, 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən ağır və taleyüklü döyüşlərdə iştirak edərək yüksək döyüş bacarığı və fədakarlıq nümayiş etdirib. Göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən təltif olunub.

Qəhrəman şəhidimiz Məhəmməd Məmmədov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhid olub və adını Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmməd Məmmədov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qəhrəman şəhidimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Ruhu şad olsun!






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Yanvar 2026    »
BeÇaÇşCaCmŞbBz
 1234
567891011
12131415161718
19202122232425
262728293031