Dekabrın 10-da “M” sinfinə aid dörd partlayış qeydə alınıb.Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“Dekabrın 10-da Moskva vaxtı ilə saat 02:27-də (Bakı vaxtı ilə 03:27-də) rentgen diapazonunda 4296 (S18W46) ləkə qrupunda 20 dəqiqə davam edən M1.5 sinifli alışma qeydə alınıb”, - məlumatda bildirilir.


