24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır

Tarix: 02-12-2025 / 17:46
yazıyı büyüt yazıyı küçült
Bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırİcbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Sözügedən tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamaoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır. Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031