24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Vəkillər daha 3 penitensiar müəssisədə pulsuz hüquqi yardım göstəriblər

Tarix: 02-12-2025 / 17:45
yazıyı büyüt yazıyı küçült
Vəkillər daha 3 penitensiar müəssisədə pulsuz hüquqi yardım göstəriblərƏdliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası(VK) arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.

Bu barədə 24İNFO-ya VK-dan məlumat verilib.

Bu dəfə “Qanunçuluq” Vəkil Bürosunun vəkilləri 14 saylı cəzaçəkmə müəssisəsində, “Presedent” Vəkil Bürosunun vəkilləri Umbakı penitensiar müəssisəsində və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri isə Qobustan penitensiar müəssisəsində cəza çəkən ümumilikdə 50-yə yaxın məhkuma pulsuz hüquqi yardım göstərib.

Vəkillər tərəfindən cəza çəkən şəxslərin müraciətləri dinlənilib, onlara geniş hüquqi izahat verilib, sualları cavablandırılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031