24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bu il Azərbaycanda adını dəyişdirən şəxslərin sayı açıqlanıb

Tarix: 02-12-2025 / 17:42
yazıyı büyüt yazıyı küçült
Bu il Azərbaycanda adını dəyişdirən şəxslərin sayı açıqlanıb2025-ci ilin əvvəlindən 1 dekabr tarixinədək 1206 nəfərin adı və ya ata adı dəyişdirilib.

24İNFO xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilir ki, olardan 849 nəfər qadın, 357 nəfər isə kişidir:

"Eyni zamanda onlardan 710 nəfər 18-29 yaş, 308 nəfər 30-39 yaş, 107 nəfər 40-49 yaş, 52 nəfər 50-59 yaş aralığında, 29 nəfər isə 60 yaşdan yuxarıdır".

"Adın və ya ata adının dəyişdirilməsi səbəbləri daha çox ərizəçini tərbiyələndirən şəxsin adı ilə ata adı daşımaq arzusu, adın pis səslənməsi, çətin tələffüz olunması və digər səbəblərlə bağlıdır", - qurumdan qeyd olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar, fevral və mart aylarında 576 nəfər soyadını, adını və ata adını dəyişdirib. Ötən ilin yanvar-iyul ayları ərzində isə bu statistika 1 433 şəxs olub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031