24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

DİM qəbul və buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi barədə iddialara aydınlıq gətirib

Tarix: 02-12-2025 / 17:38
yazıyı büyüt yazıyı küçült
DİM qəbul və buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi barədə iddialara aydınlıq gətiribBu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi haqqında iddialar həqiqəti əks etdirmir.

24İNFO xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sosial mediada imtahanların vaxtının dəyişdirilməsi ilə bağlı iddialar doğru deyil:

“İmtahanların qrafiki, adətən, ilin əvvəllərində müəyyən olunur və ictimaiyyətə təqdim edilir”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gündür sosial mediada bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi ilə bağlı iddialar yayılıb. Bu isə abituriyentlər arasında ciddi narahatlıq yaradıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən hər il ənənəvi olaraq tədris ilinin başa çatmasına 12-13 həftə qalmış buraxılış imtahanları keçirilir. Ona görə də, imtahanların fevral ayında keçiriləcəyi iddiaları valideynlər, abituriyentlər və bu sahənin mütəxəssisləri arasında gərginliyə səbəb olub.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031