24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

2029-cı ildə qeyri-neft gəlirlərin dövlət büdcəsindəki payı üçün proqnozlar açıqlanıb

Tarix: 02-12-2025 / 17:37
yazıyı büyüt yazıyı küçült
2029-cı ildə qeyri-neft gəlirlərin dövlət büdcəsindəki payı üçün proqnozlar açıqlanıb2026-cı il icmal büdcəsində qeyri-neft gəlirlərin payı cari ilə müqayisədə 5 faiz bəndi artaraq 63 %-ə çatacaq.

24İNFO xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti il icmal büdcənin üçdə ikisi qeyri-neft sektorunun hesabına təmin ediləcək və bu tendensiya davam edəcək:

“2029-cu il üçün proqnozlar göstərir ki, xərclər çərçivəsində bu rəqəm 69–70%-ə çatdırılacaq. Bu istiqamətdə atılacaq addımlar ölkəmizin neftə asılılığını daha da azaltmağa və qeyri-neft sektorunun inkişafını sürətləndirməyə imkan verəcək”.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031