24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Sumqayıt Nəqliyyat Mübadilə Mərkəzindən keçən marşrutların sayı artırılıb

Tarix: 02-12-2025 / 17:37
yazıyı büyüt yazıyı küçült
Sumqayıt Nəqliyyat Mübadilə Mərkəzindən keçən marşrutların sayı artırılıbSumqayıt Dəmiryol Vağzalı qarşısında yeni yaradılan nəqliyyat mübadilə mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin sırasına daha ikisi əlavə olunub. Artıq 7 və 9 nömrəli marşrut xətlərində istifadə olunan 26 avtobus nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək.

24İNFO xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, buna qədər nəqliyyat qovşağında 5 marşrut xətti üzrə (5, 6, 10A, 22, 39 nömrəli) 40 avtobus fəaliyyət göstərirdi. Şəhərin müxtəlif ərazilərindən nəqliyyat mübadilə mərkəzinə hərəkət edəcək marşrutların sayının artırılması nəzərdə tutulub.

Nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib. Ərazidə nişanlanma işləri həyata keçirilib, müvafiq nişanlar quraşdırılıb. Piyada təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə delinatorlarla təchiz edilən piyada zonaları salınır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031