24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

NARGIS Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıb

Tarix: 02-12-2025 / 17:33
yazıyı büyüt yazıyı küçült
NARGIS Nəşriyyat evinin "Winter in Azerbaijan" adlı yeni sərgisi açılıbYeni il mövsümü yaxınlaşır və bununla birlikdə ənənəvi “Gingerbread City” də geri qayıdır!

Dekabrın 1-dən “Port Baku Mall”da açılan sərgi bu il Azərbaycan bayrağındakı aypara və səkkizguşəli ulduzdan ilhamlanıb və “Winter in Azerbaijan” adlandırılıb. Bayram əhval-ruhiyyəsini yaşamaq istəyirsinizsə, bu tədbiri qaçırmayın!

NARGIS Nəşriyyat evi mütəmadi olaraq ictimai həyatın müxtəlif sahələrini əhatə edən irimiqyaslı tədbirlər təşkil edir. Adətən bayram günlərində keçirilən bu sərgidə Bakı şəhərinin abidələri və Azərbaycan adət-ənənələrinə aid atributlar miniatür formada nümayiş etdirilir. Layihənin ideyası “NARGIS” jurnalının baş redaktoru Ülviyyə Mahmuda məxsusdur.

Sərgi Azərbaycanın peşəkar şirniyyatçıları və memarları tərəfindən hazırlanıb. Aypara və səkkizguşəli ulduz formasında dizayn edilmiş maketdə ölkəmizin rəmzləri və zəngin mədəni irsi əks olunub. Kompozisiyanın beynəlxalq səviyyədə də təqdim olunmasına xüsusi önəm verilir. Bu, mədəniyyətimizin xarici auditoriya arasında tanıdılmasına güclü təkan verəcək.

NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC, “Bakı Metropoliteni” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, “Wolt” çatdırılma şirkətinə, MasterCard-a, “Push30” MMC-yə, “Miniboss Business School” tədris mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry” mağazasına, “Glodemia” tədris mərkəzinə, “İTicket” MMC-yə, “The Attack” kafesinə və “a’Nanas” restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.

Bu genişmiqyaslı layihənin həyata keçirilməsində və şəhərin planının formalaşmasında əvəzsiz yardım göstərən və tədbirə hazırlıq zamanı daim bizə məsləhət verən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xüsusilə qeyd etmək istərdik.

Sərginin keçirilməsi üçün məkan ayırdığına görə "Port Baku Mall" ticarət mərkəzinə xüsusi təşəkkürümüzü bildiririk.

Sərgi 2026-cı il yanvarın 15-dək davam edəcək. Giriş ödənişsizdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031