24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

40 nəqliyyat vasitəsi özəlləşdirilib

Tarix: 02-12-2025 / 17:32
yazıyı büyüt yazıyı küçült
40 nəqliyyat vasitəsi özəlləşdirilibİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 2-də keçirilən hərracda 40 nəqliyyat vasitəsi satılıb.

Bu barədə 24İNFO dövlət xidmətinə istinadən xəbər verir.

Məlumata görə, start qiyməti 6.500 manat olan “Mercedes Benz S320” markalı avtomobil 15.800 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakı üzrə növbəti hərraclar 9, 16, 18 və 23 dekabr tarixlərində keçiriləcək.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031