24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Qrant ayrılmış özəl bağçalara qeydiyyat başladı

Tarix: 01-12-2025 / 17:56
yazıyı büyüt yazıyı küçült
Qrant ayrılmış özəl bağçalara qeydiyyat başladıÖzəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi çərçivəsində qalib gəlmiş özəl bağçalara elektron portal üzərindən qeydiyyat prosesinə start verilib.

24İNFO xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, valideynlərə www.bq.edu.az portalı vasitəsilə övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.

Qeyd edək ki, valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə keçirilən qrant müsabiqəsində 63 özəl məktəbəqədər təhsil müəssisəsi qalib olub və həmin müəssisələrin Azərbaycan bölməsində təhsil alan uşaqların aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin dövlət tərəfindən qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub. Qalib gəlmiş uşaqların aylıq təhsil haqqı və valideyn tərəfindən ödəniləcək məbləğlə müvafiq link vasitəsilə tanış olmaq mümkündür.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031