24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Əli Kərimli və Məmməd İbrahim haqda həbs qətimkan tədbiri seçildi

Tarix: 01-12-2025 / 15:33
yazıyı büyüt yazıyı küçült
Əli Kərimli və Məmməd İbrahim haqda həbs qətimkan tədbiri seçildiDövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib.

24İNFO xəbər verir ki, Səbail Rayon Məhkəməsi bu dəqiqələrdə qərarını açıqlayıb.

Təqsirləndirilən şəxsin istintaqdan yayınma, şahidlərə təsir etmə ehtimalları nəzərə alınaraq vəsatət əsaslı sayılıb.

Qərara əsasən, Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Qeyd edək ki, Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə təqsirləndirilir. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb edilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031