24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

"Zabitlərin xidmət müddəti 9 aya qədər azaldılmalıdır" — TƏKLİF

Tarix: 27-11-2025 / 11:31
yazıyı büyüt yazıyı küçült
"Zabitlərin xidmət müddəti 9 aya qədər azaldılmalıdır" — TƏKLİF"Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddətinin azaldılması ilə bağlı məsələ son vaxtlar yenidən gündəmə gəlib. Ümumən Azərbaycanda hərbi xidmətlə bağlı qanunvericilikdə ciddi dəyişikliklərə ehtiyac var".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

"Təəssüf ki, bu mövzu bizim hörmətli millət vəkillərinin yadına yalnız ara-sıra düşür. Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsi bir sıra müddəaları yenidən nəzərdən keçirməlidir. Ali təhsilli şəxslərin leytenant rütbəsi alma məsələsi yenilik deyil, sadəcə olaraq bu mövzuda aydın və tətbiq edilən qaydalar olmalıdır. Bundan başqa, alternativ xidmət haqqında qanun da qəbul edilməlidir".

O bildirib ki, zabitlərin hazırda 1 il 6 ay olan xidmət müddətinin 1 ilə endirilməsi pozitiv addım sayılsa da, mən hesab edirəm ki, bu müddət ümumilikdə 9 aya qədər azaldıla bilər:

"Əgər zabit gələcəyini ordu ilə bağlamaq istəmirsə və müddət bitdikdən sonra hərbi karyera düşünmürsə, ona daha qısa müddətdə xidmətini tamamlayıb öz sahəsinə qayıtmaq imkanı verilməlidir. Türkiyədə olduğu kimi, şəxsin elm, təhsil, mədəniyyət və ya digər fəaliyyət sahəsinə qayıda bilməsi üçün şərait yaradılmalıdır.

Bizdə isə çox vaxt müəyyən ideyalar ortaya atılır, ictimai müzakirəyə çıxarılır, lakin davamı gətirilmir. Xidmət müddətinin azaldılması müsbət addımdır, amma bununla yanaşı, digər məsələlər də həllini tapmalıdır. Hərbi qulluqçuların imtiyazları, güzəştlər, sosial təminat məsələləri gündəmə gətirilməli və real addımlarla icra olunmalıdır. Qalib ordunun hərbi qulluqçusu dövlətin tam qayğısı ilə təmin edilməlidir. Bu, yalnız bəyanatlarda deyil, əməli işdə öz əksini tapmalıdır.
Xidmət müddətinin azaldılmasına münasibətim müsbətdir".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031