24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

Tarix: 27-11-2025 / 09:15
yazıyı büyüt yazıyı küçült
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıbPrezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

24İNFO xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Horovlu kəndinə 38 ailə, 139 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031