24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda turistin pulunu oğurladı - Tutuldu

Tarix: 26-11-2025 / 16:44
yazıyı büyüt yazıyı küçült
Bakıda turistin pulunu oğurladı - TutulduBakıda turistə məxsus pul vəsaitinin oğurlanması ilə bağlı şübhəli şəxs müəyyən olunub.



24İNFO xəbər verir ki, noyabrın 25-də 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla məlum olub ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031