24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Pəncəlinin anası Prezidentə məktub yazdı

Tarix: 26-11-2025 / 15:08
yazıyı büyüt yazıyı küçült
Pəncəlinin anası Prezidentə məktub yazdı 24İNFO xəbər verir ki, məktubun mətnində deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.

9 il intizarla gözlədiyimiz şərəfi - oğlum Pəncəli Teymurovun ölümündən sonra Aprel döyüşlərində göstərdiyi igidliyinə görə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, cansağlığı arzu edirik.

21 noyabr 2025-ci il”

Qeyd edək ki, Aprel şəhidi, əfsanəvi XTQ giziri Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında Aprel döyüşləri zamanı şəhid olub. “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.

Noyabrın 7-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə P.Teymurov Milli Qəhrəman adına layiq görülüb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031