24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Bakıda “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib

Tarix: 26-11-2025 / 11:32
yazıyı büyüt yazıyı küçült
Bakıda “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib25-26 noyabr tarixlərində Bakı şəhərində, Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik sahəsində süni intellekt” mövzusunda beynəlxalq seminar keçirilib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Seminarın məqsədi NATO-nun müvafiq strukturları, mükəmməlik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılmasıdır.

Tədbir çərçivəsində rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil oımaqla geniş spektrli kiber təhlükələrin qarşısının alınmasında əhəmiyyəti və s. kimi mövzular ətrafında müzakirələr aparılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031