24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Məktəblilərarası Milli Hakaton – 2025”in yarımfinal mərhələsinə son günlər qalır

Tarix: 24-11-2025 / 17:34
yazıyı büyüt yazıyı küçült
“Məktəblilərarası Milli Hakaton – 2025”in yarımfinal mərhələsinə son günlər qalırElm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri yaxınlaşır.

Nazirlikdən24İNFO bildirilib ki, yarımfinal noyabrın 28–30-da, final isə dekabrın 1-də keçiriləcək.

Bu il müsabiqəyə ölkə üzrə 300 mindən artıq şagird qatılıb. İlkin seçimlərdən sonra 74 komanda (300 şagird) yarımfinal mərhələsində mübarizə aparmaq hüququ qazanıb. Hazırda komandalar hazırlıq prosesini davam etdirir.

Qeyd edək ki, proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, IT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031