24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Nərimanovdakı partlayışda 7 nəfər xilas edilib - YENİLƏNİR

Tarix: 24-11-2025 / 11:31
yazıyı büyüt yazıyı küçült
Nərimanovdakı partlayışda 7 nəfər xilas edilib - YENİLƏNİRXəbər verdiyimiz kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

FHN-dən 24İNFO-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031