24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24%-dən çox artıb

Tarix: 13-11-2025 / 17:04
yazıyı büyüt yazıyı küçült
Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 24%-dən çox artıbBu ilin yanvar – oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.

Bu barədə 24İNFO İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.

"Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur", - məlumatda vurğulanıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031