24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Təyyarə qəzası ilə bağlı bu fikirlərin ciddi əsası yoxdur — Deputat

Tarix: 13-11-2025 / 12:34
yazıyı büyüt yazıyı küçült
Təyyarə qəzası ilə bağlı bu fikirlərin ciddi əsası yoxdur — Deputat"Çox ağır bir faciə baş verib, hər iki qardaş xalqı sarsıdan hadisədir".

24İNFO xəbər verir ki, bunu Demokrat.az-a millət vəkili Azər Allahverənov deyib. O bildirib ki, çox təəssüflər olsun ki, bu mövzu ətrafında da biz geniş spekulyativ söhbətlərin tirjalandığını görürük:

"Müəyyən konspiroloji fikirlər dilə gətirilir. Rəsmi qurumlarım qəza ilə bağlı yaydıqları ilkin məlumatlar var. Nə qədər şübhəli məqamlar olsa da, rəsmi orqanların yaydıqları məkumatlara istinadlar olunmalıdır. Bundan kənar verilən rəylər qeyri-peşəkar səslənə bilər. Çünki bütün məlumatlara rəsmi strukturlar malikdilər. Onlar qəzanın baş verdiyi yerdə zəruri tədbirlər həyata keçirirlər.

Əgər həmin spekulyativ şəkildə müəyyən konspiroloji fikir yürüdən şəxslərin əsaslandırmalarına baxsaq görərik ki, onların əlində ciddi bir əsas yoxdur. Əgər hər hansı şübhəli məqam olsa, əminəm ki, işıqlandırılacaq".

Cavidan Mirzəzadə
Demokrat.az






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031