24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Tokayev və Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edib

Tarix: 12-11-2025 / 09:18
yazıyı büyüt yazıyı küçült
Tokayev və Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edibKremldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edib.

24İNFO xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb.

Jeldibay özünün Telegram kanalında yazıb: " Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə qeyri-rəsmi söhbət iki saat yarımdan çox davam edib".

Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gəlib. Daha əvvəl o, bəzi fikir və müşahidələrini qeyri-rəsmi şəkildə Putinlə bölüşmək niyyətində olduğunu bildirib və Moskvada səmimi qarşılanmaya görə Rusiya prezidentinə minnətdarlığını ifadə edib.

Söhbət şam yeməyi zamanı davam edib. Səfər proqramının əsas hissəsi isə 12 noyabr tarixinə planlaşdırılıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031