24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Sumqayıt şəhərini paytaxtla əlaqələndirən yeni marşrut xətti bu gündən istifadəyə verilib

Tarix: 12-11-2025 / 09:17
yazıyı büyüt yazıyı küçült
Sumqayıt şəhərini paytaxtla əlaqələndirən yeni marşrut xətti bu gündən istifadəyə verilibBu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib.

24İNFO xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir.

Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib.

Qeyd olunan istiqamətdə avtobuslar saat 05:45-dən 23:00-dək fəaliyyət göstərir.

500 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət intervalı 7-8 dəqiqə təşkil edir. Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçirilir, gedişhaqqı 0,80 AZN müəyyən edilib.

Məqalədə:






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031