24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Reuters”: ABŞ Dəməşqdə hərbi kontingent yerləşdirməyi planlaşdırır

Tarix: 07-11-2025 / 09:31
yazıyı büyüt yazıyı küçült
“Reuters”: ABŞ Dəməşqdə hərbi kontingent yerləşdirməyi planlaşdırırABŞ Dəməşqdəki hərbi bazada kontingentini yerləşdirməyə hazırlaşır. Bu addım Vaşinqtonun vasitəçiliyi ilə Suriya və İsrail arasında imzalanması planlaşdırılan təhlükəsizlik paktının həyata keçirilməsinə dəstək məqsədi daşıyır.

24İNFO xəbər verir ki, “Reuters” agentliyinin mənbələri ABŞ-ın Dəməşqdəki hərbi bazada öz mövcudluğunu gücləndirməyə hazırlaşdığını bildiriblər.

ABŞ-ın Suriya paytaxtında hərbi mövcudluq planlaşdırdığı barədə məlumat indiyədək gündəmdə olmayıb.

Baza Suriyanın cənub bölgələrinə girişdə yerləşir və gözlənilir ki, bu ərazilər İsrail və Suriya arasında bağlanacaq qarşılıqlı hücum etməmək barədə pakt çərçivəsində demilitarizasiya olunmuş zona elan ediləcək. Bu razılaşmada ABŞ Prezidenti Donald Trampın administrasiyası vasitəçi qismində çıxış edir.

Bazar ertəsi Donald Tramp Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə Ağ evdə görüşəcək. Bu, Suriya dövlət başçısının ilk belə səfəri olacaq.

İki suriyalı hərbi mənbə “Reuters”ə bildirib ki, texniki danışıqlar bazadan logistika, müşahidə, yanacaq doldurma və humanitar əməliyyatlar üçün istifadə məsələlərinə fokuslanıb. Bununla belə, Suriya obyekt üzərində tam suverenliyini qoruyacaq.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031