24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

“Qarabağ”-“Çelsi” matçına rekord sayda bilet satıldı

Tarix: 30-10-2025 / 08:17
yazıyı büyüt yazıyı küçült
“Qarabağ”-“Çelsi” matçına rekord sayda bilet satıldıXəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” (İngiltərə) oyununun biletləri satışa çıxıb.

24İNFO-nun məlumatına görə, bu saatadək 22500 bilet satılıb.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Xatırladaq ki, satışa saat 15:00-da start verilib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031