24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Azərbaycanın iki çimərlik güləşçisi dünya çempionu olub

Tarix: 20-10-2025 / 08:17
yazıyı büyüt yazıyı küçült
Azərbaycanın iki çimərlik güləşçisi dünya çempionu olubÇimərlik güləşi üzrə mövsümə yekun vurulub.

24İNFO xəbər verir ki, həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib. Yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Azərbaycanın 3 güləşçisi çıxış edib.

80 kiloqramda Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazanıblar.
A qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələyibsə, serbiyalı Milyan Rayiçə heç bir şans tanımayıb – 3:0.

B qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabı ilə məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazanıb. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabı ilə qalib gəlib.

Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəlib. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabı ilə məğlub edib.

Dadaşov Zoidzeyə 4:2 hesabı ilə qalib gələrək bürünc medal qazanıb. Əliyev isə finalda Mixaylova 2:3 hesabı ilə məğlub olub və yarışı gümüş medalla başa vurub.
90 kiloqramda İbrahim Yusubov A qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəlib. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərib – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabı ilə qalib gələrək çempion olub.

Dünya Seriyasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladıqları xallar hesablanıb və hər çəki üzrə yekun üçlük müəyyənləşib. Nəticədə bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kiloqramda dünya çempionu olub. İbrahim Yusubov isə 90 kiloqramda eyni nəticəyə imza atıb. Beləliklə, təcrübəli güləşçimiz dördqat dünya çempionu ünvanına sahib çıxıb.

Qeyd edək ki, ilk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031