24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Braziliya və ABŞ münasibətləri yeni səviyyəyə yüksəlib

Tarix: 17-10-2025 / 08:14
yazıyı büyüt yazıyı küçült
Braziliya və ABŞ münasibətləri yeni səviyyəyə yüksəlibBraziliya və ABŞ arasındakı münasibətlər yeni səviyyəyə qalxıb.

24info xəbər verir ki, bunu Braziliyanın maliyyə naziri Fernando Haddad açıqlayıb.

“Münasibətlərdə ab-hava dəyişib. Bundan sonra nə olacağını hələ bilmirəm, amma inanıram ki, biz siyasi məsələləri iqtisadi məsələlərdən ayırmaqla daha isti münasibətlərə yol açmışıq”, – nazir bildirib.

Oktyabrın 16-da Braziliyanın xarici işlər naziri Mauro Vieyra ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək. Danışıqların mövzularından biri ABŞ-ın Braziliya mallarına tətbiq edəcəyi rüsumlar olacaq.

Görüş Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığından sonra baş tutub. İki lider Malayziyada keçiriləcək ASEAN sammiti zamanı baş tuta biləcək təkbətək görüşə razılaşıblar. Braziliya lideri ABŞ-a səfərə hazır olduğunu da bildirib.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Dekabr 2025    »
BeÇaÇşCaCmŞbBz
1234567
891011121314
15161718192021
22232425262728
293031