24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

AMB illik hesabatlarını təqdim etməyən şirkətlərə xəbərdarlıq edib

Tarix: 03-10-2025 / 16:27
yazıyı büyüt yazıyı küçült
AMB illik hesabatlarını təqdim etməyən şirkətlərə xəbərdarlıq edibAzərbaycan Mərkəzi Bankı illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərə xəbərdarlıq edib.

Bu barədə 24İNFO-ya Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, “Qiymətli kağızlar bazarı haqqında” Qanunun 75-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmış təqvim ilinin nəticələri üzrə hazırlanaraq onun səhmdarlarının ümumi yığıncağı tərəfindən təsdiq edilir. Hesabatlar həmin tarixdən etibarən 10 gündən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təqdim olunur. AMB tərəfindən hesabatın açıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdə, səhmdar cəmiyyəti təqdim etdiyi tarixdən etibarən 30 gün ərzində illik hesabatının öz internet səhifəsində (olduqda) və mediada açıqlanmasını təmin etməlidir.

Qanunvericiliyin tələblərinə əsasən emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksini tapmalıdır.




Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıq fəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətinin ümumi yığıncağının qərarı və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.3-cü maddəsinə uyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavə olunmaqla AMB-yə məlumat verilməsi tövsiyə olunur.

Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdar cəmiyyətlərinə AMB tərəfindən xəbərdarlıq məktubları göndərilir. Sözügedən illik hesabtların AMB-yə təqdim edilməsi və açıqlanması təmin olunmadıqda, qeyd olunan hərəkətsizliyə (qanun pozuntusuna) görə emitentlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlar nəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmalıdır.






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930