24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

SOCAR-ın prezidenti “Uniper SE”nin baş kommersiya direktoru ilə görüşüb

Tarix: 03-10-2025 / 08:34
yazıyı büyüt yazıyı küçült
SOCAR-ın prezidenti “Uniper SE”nin baş kommersiya direktoru ilə görüşübSOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Uniper SE”nin baş kommersiya direktoru, “Uniper Global Commodities SE”nin baş icraçı direktoru Karsten Poppinga ilə görüşü keçirilib.

Bu barədə 24İNFO-ya SOCAR-dan bildirilib.

Məlumata əsasən, görüşdə SOCAR ilə “Uniper” arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, şirkətlərin strateji inkişaf hədəflərindən və əldə olunan nailiyyətlərdən bəhs edilib.

Söhbət zamanı “Uniper” şirkətinin Azərbaycan qazını alıb Avropa bazarına çıxaran əsas tərəfdaşlardan biri qismində fəaliyyəti qeyd olunub, SOCAR-dan potensial əlavə qaz həcmlərinin alınması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə şirkətlər arasında “Upstream” sahəsində əlaqələrin genişləndirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi istiqamətində atılan addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-ın prezidenti “Uniper SE”nin baş kommersiya direktoru ilə görüşüb






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930