24INFOmedia

Дата и время

Hall Hazırda oxuduqunuz xəbər
baslik

Zakir Həsənov italiyalı həmkarına başsağlığı verib

Tarix: 01-10-2025 / 16:59
yazıyı büyüt yazıyı küçült
Zakir Həsənov italiyalı həmkarına başsağlığı veribAzərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov italiyalı həmkarı Quido Krosettoya başsağlığı verib.

24İNFO xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Latsio regionundakı Çirçeo Milli Parkı yaxınlığında təlim uçuşları zamanı İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci aviasiya alayına məxsus "T-260B" tipli təyyarənin qəzaya uğraması nəticəsində iki hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".






Paylaş:
 
Xəbər lenti
Xəbər arxivi
«    Noyabr 2025    »
BeÇaÇşCaCmŞbBz
 12
3456789
10111213141516
17181920212223
24252627282930